haberL haberR

Dövlət Neft Fondu Şirvanda tədbir keçirib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 10.04.2015 13:23:41

Bu gün Şirvan şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) 2015-ci il İş planına uyğun olaraq “Regionlarda dəyirmi masalar” silsilə tədbirlərin keçirilməsinə başlanılıb

Dövlət Neft Fondundan islamazeri.az-a verilən məlumata görə, Dünya Bankının dəstəyi ilə keçirilən bu tədbirlər çərçivəsində müxtəlif regionlarda vətəndaş cəmiyyətinin, yerli icra orqanlarının nümayəndələrinin və sadə vətəndaşların MHŞT ilə bağlı geniş şəkildə məlumatlandırılması və maarifləndirilməsi məqsədilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Şirvanda keçirilən ilk belə tədbir zamanı ÇQ-nin üzvləri tədbir iştirakçılarına MHŞT haqqında ətraflı məlumat veriblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.