haberL haberR

Dubay Polisinin şefi: Dubayda bir dənə olsun iranlı tacir qalmamalıdır

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.03.2016 16:56:01

Dubay Səudiyyənin İrana qarşı siyasi kursunun davamı olaraq yeni təzyiqlərə start verir

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, Dubay Polisinin rəisi general Zahi Xəlfan bin Təmmim İran  bütün iranlı tacirlərin ölkədən çıxmasını tələb edib.

O Birləşmiş Ərəb Əmirliyinin vətəndaşlarının İranda bir dənə də olsun mağaza, şirkət sahibi olması qadağan olunduğu kimi, İranlıların da BƏƏ-də bir dənə də olsun şirkət və mağazası olmamalıdır.

Xəlfan iranlı tacirlərin vizalarının artırılmamasını və bu yolla da 3 il ərzində ölkədən çıxarılmasını tələb edib.

Qeyd edək ki, İran qanunlarına görə, heç bir xarici vətəndaş şirkət və ya mülk sahibi ola bilməz.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.