haberL haberR

Dünən AÇ-nın ilk oyunu keçirildi - Video

Kateqoriya: İdman Yayımlama tarixi: 11.06.2016 9:58:40

Dünən gecə futbol üzrə Avropa çempionatına start verilib.

Çempionatın ilk qarşılaşması Fransa millisi ilə Rumıniya arasında baş tutub.

Matçın birinci hissəsində qapıların toru silkələnməsə də, ikinci yarıda 3 qol vurulub. Sevinən tərəf meydan sahibləri - Fransa olub. (2:1)

Oyunun son dəqiqələrində meydan sahiblərinin şərəfini qoruyan Dmitri Payet baxımlı qola imza ataraq komandasına qələbə qazandırıb.

Fransa - Rumıniya - 2:1
Qollar:

Olivye Jiru - 56, Dmitri Paye - 89

 Stanku - 65 (pen.)

Bu gün keçiriləcək oyunlar:

17:00. Albaniya – İsveçrə
20:00. Uels – Slovakiya
23:00. İngiltərə - Rusiya

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.