haberL haberR

Dünyanı məhvə sürükləyən “Rotşild”-lər kabusu (II yazı)

Kateqoriya: Araşdırma Yayımlama tarixi: 01.03.2016 9:34:37

Görəsən bizim Rotşild ailəsi haqqında bilgimiz nə qədərdir?

Əvvəlki yazı

Rotşildlər xanədanlığının əsasını 1744-cü ildə Almaniyanın Frankfurt şəhərində yəhudilər üçün ayrılan kənar məhəllədə anadan olan Mayer Amşel Rotşild qoyub.

Baxmayaraq ki, bu ailənin bizlərə məlum olan əsası 1590-cı illərə qədər gedib çıxır.

Amma dünyanı idarə edən kübar bir ailə kimi, Rotşild ailəsi, 1744-cü ildə anadan olan Mayer Amşel Rotşildlə bağlıdır. Onun bank imperiyası transmilli idi: Vyana,

London, Paris, Neapol və doğma Frankfurtdakı hissələrini onun övladları idarə edirdi.Qeyd edək ki, “Rotşild” soyadı bu ailənin həqiqi soyadı deyil. Nə qədər

qəribə görünsədə «Rot Shild» frazası onların Frankfurtdakı evlərinin qapısının üzərində əks olunmuş, evin əvvəlki alman sahiblərinin soyadıdır. Sadəcə “Rot

Shild” frazası əks olunan lövhə evin yeni sakinləri tərəfindən qapının üzərindən götürülmədiyindən müştərilər arasında “Amşel”lər “Rotşild”lər kimi ad qazandılar.

Mayer Amşel kredit verməyə başlayanda artıq onu Rotşild kimi tanıyırdılar. Onun atası Amşel Bauer Mozez öz işində müvəffəqiyyət qazanmış ticarətçilərindən idi. 

Rotşildlər iki əsrdir ki, dünyanın taleyini müəyyən edirlər. Napaleon “müharibəsindən” tutmuş, Birinci və İkinci dünya müharibələrinə qədər,  eləcə də

hazırki qlobal iqtisadi-siyasi  münasibətlərdə əsas fiqur sayılırlar. 12 yaşı olanda valideynləri tərəfindən Mayer Amşel Hannover şəhərinə bankçılıq üzrə təhsil

almağa göndərilir. Orada o, maliyyə sahəsinin  sirlərinə yiyələnərək alman knyazlıqlarının pul sikkələri  ilə tanış olur. 1760-cı ildə valideynlərinin ölümündən

sonra  təhsilini yarımçıq buraxaraq Frankfurta qayıdır. Atasının mübadilə dükanını işlətməyə başlayaraq sikkələrin, medalların satış və  mübadiləsini həyata keçirir.

Amşel kifayət qədər qısa müddət ərzində özünü məsuliyyətli tacir kimi tanıtmağı bacarır. İşini  böyüdərək  əntiq əşyalar mağazası açır.

Ailənin taleyində dönüş,  Mayer Rotşildin Alman şahzadəsi Vilhelm ilə tanışlığından sonra baş verir. Mayerin məşhur dükanına baş çəkən şahzadə  onun

qiymətli pul sikkələri, hərbi ləvazimatlar, həmçinin qədim gerblər və çoxlu sayda digər əşyalar kolleksiyasını almaq qərarına gəlir. Lakin Mayer bunları ona hədiyyə

edərək böyük kapitala giriş qazanır. 1769-cu ildə  Vilhelim  Mayeri özünün şəxsi bankiri elan edir. Mayer 27 yaşında yerli kreditorlardan birinin qızı olan 17 yaşlı

Qutle Şnapperlə evlənir. Onların Amşel, Solomon, Natan, Karl və Ceyms adlı 5 oğlu və 5 qızı dünyaya gəlir. 1810-cu ilin 27 sentyabrında Mayer “Mayer Amşel Rotşild 

və oğlanları”  firmasını yaradır.  Amma 2 il sonra 68 yaşında vəfat edir. Atalarının ölümündən sonra qardaşlar  Avropanın 5 ölkəsinə səpələnirlər.  Ailənin böyük

oğlu Amşel Frankfurtda qalaraq buradakı fəaliyyətlərini kordinasiya edir. Çox keçmir ki, Amşel nəinki nəhəng bankir, eyni zamanda hersoq Qessenin gizli

məsləhətçisi, Bavariyanın kral səfiri vəzifəsinə qədər yüksəlir. Ceymsə gəlincə, o, öz mövqeyini Fransada bərkidir. Solomon Vyanaya  üz tutur. Knyaz Metternixin ən

yaxın saray əyanlarından birinə çevrilir. Karl Rotşild isə İtaliyada işləyir. O burada hətta Roma papası ilə sıx münasibətlər qurur. Digər Rotşild qardaşı Natan Böyük

Britaniyada əvvəlcə tekstil taciri, sonra isə bankir kimi fəaliyyət göstərir. Beləliklə, Rotşildlər Avropanın bütün iqtisadi vacib nöqtələrində nəzarəti ələ keçirirlər.

Rotşildlər Avropa cəmiyyətinin ən qaymaq təbəqələri üçün iri kreditor rolunu oynayırlar. Bütün kreditləri isə kifayət qədər bahalı torpaq mülkiyyəti qarşılığında

verirlər. 19-cu əsrdə Amşel və Solomon lotereya şəklində daha iri məbləğli borclar verməyə başlayir.

Ailə Afrikada Britaniya müstəmləkələrinin yaranmasını maliyyələşdirdi və Britaniya imperiyasına Süveyş kanalı layihəsində pay əldə etməsinə yardım etdi.

Rotşildlərin Fransadakı nəhəng mədənçıxarma şirkəti olan “Rio Tinto”, “De beers” almaz şirkəti hal-hazırda da fəliyyət göstərir. «Pulların yüksəlişi » adlı kitabında

tarixçi Nayl Fergüson yazır ki, “Rotşild ailəsinin beş nümayəndəsi Avropanın nəbzini tuta bilirdi və kontinental bazarlarda qiymətlər və ya valyuta

məzənnələrində ən kiçik uyğunsuzluqlardan mənfəəti hər kəsdən yaxşı çıxarmağı bacarırdı ”. 19-cu əsrdə Rotşild ailəsinin nümayəndələri saraylar inşa edir, rəssamlara himayəçilik edir, zadəgan titulları alır, müharibə və o dövrün iri sənaye layihələrini maliyyələşdirirdilər.

Rotşildlər tərəfindən Paris kreditlərinin hesabına 1883-cü ildə neft mədənləriylə zəngin olan Bakıdan Batumi portunadək dəmir yolunun salınması həyata keçirildi,

bu yol Rusiya nefti üçün Avropa bazarını açılan pəncərə idi. Energetika üzrə amerikalı ekspert “Hasilat” adlı kitabında qeyd edir ki, “1882-ci ildə imperator

fərmanına əsasən yəhudilərə torpağı icarəyə götürmək və ya Rusiya imperiyası hüdudunda torpağa sahib olmaq qadağan olunurdu. Buna baxmayaraq, dünyanın

ən məşhur yəhudiləri olan Rotşildlər üçün bu fərman heç bir qüvvəyə malik deyildi”.

Ardı var...

 

Seyyid Möhüb

 İslamazeri.az üçün

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.