haberL haberR

Dünyanın ən bahalı futbolçularının adları açıqlandı (Siyahı)

Kateqoriya: İdman Yayımlama tarixi: 06.01.2016 12:23:34

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) Avropanın 5 ən böyük liqasında çıxış edən oyunçuların dəyərini müəyyən etmək məqsədi ilə araşdırma aparıb

Futbolçuların klubları və milli komandadakı vəziyyəti, müqavilələrinin  müddəti, yaşları, mövqeləri və çıxışlarına əsasən siyahı hazırlanıb. Siyahıda "Barselona"nın futbolçusu Lionel Messi ilk pillədə yer alıb.  Onun dəyərinin 250 milyon 700 min avro olduğu bildirilib. Neymar ikinci, Eden Hazard üçüncü olub. Kriştiano Ronaldo isə siyahının dördüncü pilləsində qərarlaşıb

Dünyanın ən bahalı 10 futbolçusu aşağıda adları qeyd olunanlardır:

1. Lionel Messi ("Barselona") - 250 milyon 700 min avro
2. Neymar ("Barselona") - 152 milyon 700 min avro
3. Eden Hazard ("Çelsi") - 130 milyon 500 min avro
4. Kriştiano Ronaldo ("Real") - 114 milyon avro
5. Harri Keyn ("Tottenhem") - 91 milyon 300 min avro
6. Rahim Sterlinq ("Mançester Siti") - 98 milyon 800 min avro
7. Antuan Qrizmann ("Atletiko") - 88 milyon 300 min avro
8. Luis Suares ("Barselona") - 86 milyon 300 min avro
9. Serxio Aquero ("Mançester Siti") - 82 milyon 100 min avro
10. Aleksis Sançes ("Arsenal") - 81 milyon 900 min avro

(qol.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.