haberL haberR
“Seagate Seven” – 500 GB tutumunda ən nazik xarici sərt disk

Məşhur sərt disk istehsalçısı "Seagate Technology" şirkəti yeni xarici sərt disk modelini rəsmən tanıdıb. Yeni qurğu "Seagate Seven" adlandırılıb və şirkətin nümayəndəsi bildirib ki, bu, "USB 3.0" interfeysi ilə təchiz edilmiş 500 GB tutumunda ən nazik xarici daşıyıcıdır.
 
İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, "Seagate Seven" daşıyıcısı 7 mm qalınlığında tamamilə metal korpusda hazırlanıb. "Seagate Seven" daşıyıcısının tam ölçüləri 122,5x82x7 mm,  qurğunun çəkisi 90 qramdır.
 
Şirkət "Seagate Seven" xarici sərt diskinin çıxarışı ilə 35 illiyini qeyd edib.
 
500 GB tutumunda "Seagate Seven" daşıyıcısı bu ay 100 dollar qiymətinə satışa çıxarılacaq. Şirkət artıq ilkin sifarişlərin qəbuluna başlayıb.
 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.