haberL haberR

Dünyanın ən sağlam 10 qidası (Foto)

Kateqoriya: Sosial Yayımlama tarixi: 15.09.2015 13:09:00

Gündəlik həyatda hər kəsin mütləq istifadə etməsi lazım olan, insan sağlamlığına ən çox faydalı olan qidalar

İslamazeri.az xəbər verir ki, dünya tərəfindən məşhur "Forbes" jurnalı hər kəsin mütləq istifadə etməsi lazım olan, dünyanın ən sağlam 10 qidasını açıqlayıb...

Qızılbalıq: Ən yaxşı anti-aqinq qidasıdır. Ehtiva etdiyi Omeqa-3 beyni və ürəyi qoruyur. Ruh halını tarazlayır və qan şəkərini nizamlayır.

a
Lobya: Kilonu tarazlayır, qan şəkərini nizamlayır. Kolorektal xərçəng və ürək xəstəliyindən qoruyur. Gündəlik tövsiyə edilən lif miqdarı 25-38 qramdır. Bir fincan paxla isə 11-17 qram lif edir.

b
Nar: Antioksidan baxımından zəngindir. Qan təzyiqini tarazlayır, damarları qoruyur və şişlərin böyüməsini mane olur.

c
Alma: Ağciyər xərçəngi, asma və diabetə qarşı qoruyur. Sümük gücləndirən K vitamini ehtiva edir. Yeməkdən otuz dəqiqə əvvəl yeyildikdə iştahı azaltmağa köməkçi olur.

f
Brokkoli: Bütün xərçəng risklərini azaldır. Mineral və vitamin nisbətləri çox yüksəkdir. Bundan əlavə bədəni toksinlərdən təmizləyən kimyəvilərə malikdir.

g
Fındıq-Fısdıq: Həftədə 5 dəfə istehlak etmək ürəktutma və ürək xəstəliyi riskini 30-50% arasında azaldır.

h

Hər gün üçün 25 qramlıq badam, qoz, fısdıq, fındıq yetərlidir.

i
Qaragilə: Xərçəngdən qoruyan antioksidanları özündə ehtiva edir və yaddaşı güclü edir. Lif baxımından zəngindir.

i
Yumurta: Təbiətin ən qüsursuz yeməyi hesab olunur. Zülal baxımından zəngindir. Amma kalorisi aşağıdır. Beyni qoruyur və göz sağlamlığını gücləndirir.

j
Qırmızı ət: Sadə qırmızı ət omeqa-3 baxımından zəngindir. Məqbul miqdarda istehlak edildiyində xərçəngdən qoruyur. Zülal və B12 vitamininin qaynağıdır.

k

Süd: Vitamin, mineral və faydalı bakteriyalar baxımından zəngin olan süd, xərçənglə döyüşən CLA turşusunu da özündə ehtiva edir.

l

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.