haberL haberR

Dünyanın ən uzunömürlü sakini İndoneziyada yaşayır

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 01.09.2016 15:30:12

Mbaha çətinliklə gəzə bilir və müsətqil şəkildə yemək yeyə bilmir.

İslamazeri.az-ın "islam-today"-ə istinadən verdiyi xəbərə əsasən, dünyanın ən yaşlı sakinini İndoneziyada aşkar ediblər. Məlum olub ki, bu yaxınlarda onun 145 yaşı tamam olub. Sənədlərə əsasən, Mbaha Qoto 1870-ci il dekabr ayının 31-i dünyaya gəlib.

Bildirilir ki, yaşlı kişinin 4 həyat yoldaşı və bütün övladları artıq dünyadan köçüblər. Hazırda onun qayğısına nəvələri, nəticələri və kötüycələri. qalır.

Mbaha çətinliklə gəzə bilir və müsətqil şəkildə yemək yeyə bilmir.

Üstəlik, o demək olar ki, görmür, elə buna görə də televizora baxmağın əvəzinə, radioya qulaq asmağı sevir.

Onun sözlərinə görə, uzunömürlülüyün sirri onun səbrində (hövsələliyində) gizlənir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.