haberL haberR

Dünyanın ən yaxşı xəttatları Tehranda görüşdülər

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 27.06.2016 17:57:50

İyunun 21-dən 28-dək Tehranda dünyanın ən yaxşı xəttatlarının əsərlərinin sərgisi keçirilir

İslamazeri.az-ın “islam.ru” saytına istinadən verdiyi xəbərə görə, 24-cü beynəlxalq sərgidə Quran və hədis motivləri üzrə öz xəttatlıq işlərini serbiyalı rəssam Selma Mekiç, bəhreynli rəssam Əli Həsən Əlcad, livanlı Hüseyn Yunis, əfqan Muhəmməd Mehdi Mirzəi təqdim edib.

Bundan əlavə, sərgi təşkilatçılarının sözlərinə görə, Çin dilinə tərcümə edilmiş müqəddəs Quranın nüsxəsi xüsusi diqqətə laiqdir. Çin dilinə tərcümənin müəllifi Yunnan əyalətindən (Cənub-qərbi Çin) olan Muhəmməd Ma Çiyandır (Muhammad Ma Jian).

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.