haberL haberR

Dünyanın sonuncu videokaset istehsalçısı istehsalı dayandırır

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 22.07.2016 18:11:02

Videokasetlər artıq tarixə qovuşur

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, dünyada son videokaset istehsalçısı – yapon şirkəti “Funai Corporation” istehsalı dayandırmaq fikrində olduğunu bildirib.

Zavod iyul ayının sonunda işini tamamilə dayandıracaq. Şirkət rəhbərliyi öz qərarını alıcıların kəskin azalması ilə əlaqələndirib.

İstehsalçının məlumatına əsasən, 2015-ci ildə cəmi 750 min videokaset satılıb. 1950-ci illər üçün inqilabi sayılan texnologiyalar bu gün artıq tələb olunmayanlar sırasındadır, bir neçə on illik qabaq videokasetlərin satışı milyonlarla hesablanırdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.