Düşmən generalı vertolyotun Azərbaycan mövqelərinə hücum etdiyini təsdiqlədi

Qondarma “DQR müdafiə naziri” Movses Akopyan bu gün Azərbaycanın işğal altındakı ərazilərində keçirilən “Birlik-2014” hərbi təlimlərinin gedişində jurnalistlərlə söhbəti zamanı bu etirafla çıxış edib. “Vertolyot düşmən mövqelərindən cəmi 20 metr məsafədə vurulub. Hazırda həmin əraziyə yaxınlaşmaq mümkün deyil. Biz Beynəlxalq Qırmızı Xaça müraciət edərək ekipaj üzvlərinin taleyinin aydınlaşdırılmasını xahiş etmişik. Təşkilat cavab verib ki, hazırda bu məsələ ilə məşğuldur” Akopyan bildirib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi israrla bildirirdi ki, vertolyot Azərbaycan ordusunun mövqelərinə yaxınlaşmayıb və təhlükəli manevrlər etməyib, yalnız təlim-məşq uçuşları həyata keçirib. Lakin indi düşmən qüvvələrinin generalının vertolyotun Azərbaycan mövqelərindən cəmi 20 metr məsafədə vurulduğunu etiraf etməsi erməni tərəfinin bütün arqumentlərini heçə endirir. Əgər düşmənin Mi-24 hücum vertolyotları Azərbaycan silahlı qüvvələrinin mövqelərinin cəmi 20 metrliyinə yaxınlaşırsa bu, hücum deyil bəs nədir?
Qeyd edək ki, bundan əvvəl vertolyotun vurulmasını əks etdirən videokadrlarda da iki Mi-24 vertolyotunun Azərbaycan ordusunun postlarının bilavasitə üzərində, alçaqdan uçaraq manevrlər həyata keçirdiyi aydın görünürdü.(virtualaz.org)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.