haberL haberR

"Düşmən gülür, siz də gülürsünüz" - Ayətullah Xameneidən sərt sözlər

Kateqoriya: Region Yayımlama tarixi: 08.02.2016 17:49:22

İran inqilabının lideri Ayətullah Xamenei ölkənin hava qüvvələrinin əsgər və zabitlərilə görüşüb

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah  Seyid Əli Xamenei görüşü zamanı ad çəkmədən Qərbə meyllənən daxili qüvvələri hədəfə alıb. O düşmənlərə qarşı qəflət etməyin fəsadlarına işarə edərək deyib: "Düşmənindən qəflətdə olanlar xalqın dəstəyindən məhrum olacaqlar. Düşmən gülür, siz də gülürsünüz. Lakin diqqətli olub, düşmənin gülüşünün arxasında olan hiyləni aşkar etmək lazımdır. Düşmənin təhlükəsizlik, məişət, mədəniyyət, cavanlar və digər ictimai məsələlər barəsində olan planlarını zərərsizləşdirmək üçün planlar cızılmalı, qanunlar tətbiq edilməlidir."

İran İqilabının rəhbəri daha sonra ABŞ-ın Yəmən siyasətini sərt tənqid edərək "Amerikalılar Yəməndə törədilən cinayətlərlə bağlı ən sadə sualları cavabsız qoyurlar və günahsız insanları rəhimsiz şəkildə qətl edənləri dəstəkləməyə davam edirlər.  Onlar uşaq qatili olan, seçkilərdən heç bir anlayışı olmayan Sionist rejimini və bölgədə olan müttəfiqlərini dəstəkləyirlər", - deyə danışıb.

Bu sözlərdən sonra Ayətullah Xamenei yenidən ölkə daxilində ABŞ-a meyli qüvvələri hədəfə alıb: "Onlar ən böyük cinayətləri törədir, daha sonra isə sizin üzünüzə gülürlər. Bu cür düşmən qarşısında diqqətli olmaq lazım deyilmi? Xalq düşmənini tanımaqda Allahın yardımı ilə diqqətlidir və millətin böyük hərəkatı hiyləgər və qəddar düşmənlərin planlarının qarşısını almaq gücünə sahibdir.

İnqilab rəhbəri daha sonra düşmənin hədəfinə işarə edərək “Əks tərəfin bütün səyləti inqilabı öz hərəkət istiqamətindən və hədəfindən yayındırmaqdır. Bu gün islam respulikası ilə mübarizə əsasən yumşaq surətdə davam edir. Onlar xalqı meydanlardan uzaqlaşdırmaq istəyirlər. Millət zəif olduğu zaman, artıq savaşa ehtiyac olmayacaqdır. Bunun önündə durmağın yeganə yolu inqilabın hədəflərini və təfəkkürünü qorumaqdır. Bu yollardan biri hamlıqla seçkilərdə iştirak etməkdir. Seçki təlaşları məsulları əsas məsələlərdən, o cümlədən iqtisadi problemlərin həllindən uzaq salmamalıdır”, - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.