haberL haberR

Düşmən "mədəni raket"lərilə hücum etməkdədir - İmam cümə

Kateqoriya: Region Yayımlama tarixi: 01.04.2016 23:47:59

Tehranın bu həftəki cümə xətibi höccətül-islam Kazım Sadiqi olub

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İmam cümə namaz iştirakçılarını ilahi təqvaya dəvət etdikdən sonra, İran xalqının ölkədəki qanunların,  iqtisad və yaşayış tərzlərinin ilahi dəyərlər əsasında olmasını istədiklərini deyib.

“Biz hələ rəhmətlik imam və şəhidlərimizin istədiyi yerə gəlib çata bilməmişik. Bu 37 ildə fəzilətli bir ölkəyə sahib olmaq əsas hədəfimiz olub. İdarələrimiz, məktəblərimiz, universitetlərimiz dini olsun və dövlətimiz ilahi qanunları icra etsin. Bütün bunlara dini təhlükəsizlik və dini iqtisada sahib olmaqla nail ola bilərik. İqtisadımız islami olmalıdır. Dövlət və iqtisad işçiləri Allahın və xalqın əmanətdarı olmalıdırlar. Bu gün dövlət rəsmilərimiz Süleyman (s) peyğəmbərin yolu ilə gedərək, bu nemətin ilahi imtahan olduğunu düşünürlərmi? Hamımızın öz vəzifələrimizin icrasında səhlənkarlıq etmədiyimizə ümüd edirəm. Biz hamımız təmiz həyat ardıyca olmalıyıq. Çoxlu səs yığmağımıza fəxr etsək Quranın “Əlhakumut təkasur”  ayəsinə şamil olarıq”, - deyə Sadiqi bildirib.

Düşmənin təhlükəli planlarına toxunan imam cümə deyib: “Düşmən bizim cavanlarımız üçün təhükəli planlar hazırlayıb. Müxtəlif sosial şəbəkələrdə onlara mənəvi baxımdan hücum edirlər. Müxtəlif təhsil ocaqlarında inqilab və dəyişiklik baş verməlidir. Düşmən "mədəni raket"ləri ilə hücum  etməkdədir. Cavanlarımızın dadına çatmalıyıq. Düşmən sanksiyalarla xalqımızı iflic etmək və “bu inqilabı etməməli idik” dedizdirmək istəyirdi. Bu Böyük Şeytanın (ABŞ) təlqinləridir və kiçik şeytanlar da buna dəstək verirlər. Onlar yolumuzun ya təslim, ya da sanksiyaya məruz qalmaq olduğunu deyirlər, lakin rəhbərimiz üçüncü yol da təklif etdi. O da iqtisadi müqavimətdir. Yəni nə təslim, nə də sanksiya. Biz dünya ilə əlaqələrimizi kəsmək istəmirik. Biz inqilabımızın ilk günündən yalnız və yalnız İsrail rejimi ilə əlaqələrimizi kəsmişik. Biz heç bir ölkə ilə əlaqəmizi kəsmək niyyətində deyildik, ABŞ isə özü şeytanlıq edirdi."

Höccətül-islam Sadiqi ABŞ-la müzakirələrə tərəfdar olan dövlət rəsmilərini də hədəfə alıb.

O "Lakin bəzi məsullarımız belə düşünürlər ki, biz düşməninn təlqinlərinə boyun əyməliyik. Sanki Quran oxumurlar. Bəziləri “Bu gün müzakirə günüdür, raket və silah günü yox” deyirlər. Özləri də bilirlər ki, düşmən bizim dayanmağımızı istədiyi məsələlərdə özü dayanmır. Məsələn nüvə məsələsində biz dayandıq, bəs onlar necə? Müdafiə sistemlərimiz barədə olan məsələlərdə də həmçinin. Onlar sürətlə inkişaf edirlər, biz də öz növbəmizdə müdafiə sistemimizi gücləndirməliyik ki, heç bir dövlət, rejim bizə hücum barədə düşünməsin. Bu Quranın açıq mesajıdır. İnqilabın düşməni Allahın düşmənidir. Biz iqtisadi, idarəçiliyi bacaran və əxlaqi bir inqilaba sahib olmalıyıq”, - deyə qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.