haberL haberR

Düşmənin kəşfiyyat-təxribat qrupunun əməliyyatı uğursuzluqla nəticələndi

Kateqoriya: Hərbi Yayımlama tarixi: 05.03.2016 10:04:09

Düşmən kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib

İslamazeri.az-ın Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib. 
Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

Düşmənin kəşfiyyat-təxribat qrupunun əməliyyatı uğursuzluqla nəticələndi

/haberimaj/habergaleri/8B5N7X8Z7K4N.JPG
  1. Düşmənin kəşfiyyat-təxribat qrupunun əməliyyatı uğursuzluqla nəticələndi

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.