DYP-dən sürücülərə xəbərdarlıq

Bu barədə "Report"a Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, Bakı şəhər Baş Polis DYPİ-nin əməkdaşları tərəfindən ötən günlər ərzində qanun tələblərini pozan 97 sürücü müəyyən olunaraq, texniki baxışdan keçmədəyinə görə məsuliyyətə cəlb edilib: "Sürücülər minik avtomobilini istehsal ilinin 5-ci, 7-ci, 9-cu illərində, 11-ci ilindən artıq hər il texniki baxışa təqdim etməlidir. İnzibаti Xətаlаr Məcəlləsinin 339.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Qanunla ilə müəyyən edilən qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu qaydaları pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir".
Polis polkovniki qeyd edib ki, Nəqliyyаt vаsitələrinə teхniki bахış nəqliyyat vasitəsinin qeydiyyаt yerindən asılı olmayaraq, avtomobil sahibləri DİN Bаş Dövlət Yol Polis İdаrəsinin Bakı şəhəri Sаbunçu rаyonu Maştağa qəsəbəsində yerləşən müаsir аvdаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilən teхniki müаyinə mərkəzində həftənin bütün günləri, fasiləsiz olaraq keçirilir.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.