haberL haberR

"E-Hökumət"in yeni versiyası istifadəyə verildi

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 12.10.2015 17:23:07

Bu barədə Məlumat Hesablama Mərkəzi açıqlama verib

"Elektron hökumət" portalının yeni versiyası hazırlanaraq vətəndaşların istifadəsinə verilib.

Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, portalın yeni versiyası hazırlanarkən xidmətlərin istifadəçiyönümlü olması və vətəndaşlar tərəfindən daha sadə və daha rahat şəkildə istifadəsi əsas prioritet götürülüb.

İstifadə səmərəsini yüksəltmək məqsədilə portalda "Bütün xidmətlər", "Elektron arayışlar", "Elektron ödənişlər", Qeydiyyatsız xidmətlər", "Xüsusi razılıq (Lisenziyaların verilməsi)", "Həyat hadisələri", "Sahələr", "Yerli İcra Hakimiyyətləri", "Müraciətlər" kimi xidmət qrupları formalaşdırılıb.

Artıq "Elektron hökumət" portalında 157 Zəng - Çağrı Mərkəzinə gün ərzində daxil olan zənglərin sayını da görmək mümkündür.

Portalın istifadəçiləri "Online konsultasiya", "Əks əlaqə", "Mənim xidmətlərim" kimi funksionallıqlardan yeni versiyada da faydalana biləcəklər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.