haberL haberR

E. Məmmədyarov pakistanlı həmkarına başsağlığı məktubu göndərib

Kateqoriya: Dünya Yayımlama tarixi: 09.08.2016 17:26:18

Xarici işlər naziri Elmar Məmmədyarov pakistanlı həmkarına xəstəxanada törədilmiş terror aktı ilə əlaqədar başsağlığı məktubu göndərib

İslamazeri.az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxanada törədilmiş terror aktı ilə əlaqədar Pakistanlı həmkarı Sərtac Əzizə başsağlığı məktubu ünvanlayıb.

Məktubda Elmar Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirildiyi bildirilib və terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikasının terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini qeyd edib.

Elmar Məmmədyarov bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verib və yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.