haberL haberR
Dünyanı təhlükə altına salan Ebola virusunu Amerikanın istehsal etdiyi bildirilir

İslamazeri.az “Shafaqna”-a istinadən xəbər verir ki, Afrikanın şərqindən başlayan, daha sonra digər ölkələrdə də yayılan Ebola virusu ilə bağlı maraqlı fakt üzə çıxıb.

 

Belə ki, bu virusun Amerikanın hərbi bioloji döyüş proyekti çərçivəsində süni olaraq yaradıldığı bildirilir. Məlumata görə, bu planın da başlıca məqsədi bəzi qərb dövlətlərinin, həmçinin Çinin Şərqi Afrikada təsir imkanlarını azaltmaq, oradakı mədənlər üzərində nəzarəti öz əlinə keçirməkdir.

 

Bundan başqa, virusa görə istehsal edilən dərmanları da həmin bölgələrə sataraq əlavə qazanc əldə etmək planın ikinci hissəsidir.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşilatı (ÜST) hazırda dünyada 9 min insanın Ebola virusuna yoluxduğunu açıqlayıb. 5 minə yaxın insan artıq bu virusdan dünyasını dəyişib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.