haberL haberR

"Edam zindanın daxilində həyata keçirilib" - Səudiyyə ədliyyə nazirliyi

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.01.2016 1:53:57

“Edam hökmü zindanın daxilində və ümumi kütlədən kənarda həyata keçirilib.”

İslamazeri.az-ın “Əl-Ərəbiyyə”-yə istinadən verdiyi xəbərə əsasən, bu sözləri Ərəbistanın ədliyyə nazirliyinin rəsmisi bildirib.

"Edam olunanlardan bəzilərinin boynu vurulub, bəziləri isə güllələnib. Görüntüləri lentə alınmayıb." nazirliyin sözcüsü İranın xəbərdarlıqlarına da işarə edib.

O İranın etirazlarına başqa qurumun cavab verməli olduğunu bildirərək deyib: "Ərəbistan öz şəri əhkamını icra etdiyi zaman heç kimin etirazını nəzərə almır. İranın bu addımlarına cavab vermək xarici işlər nazirliyinin vəzifəsidir."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.