Ədliyyə naziri Kraliça ilə görüşüb

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, sammitdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Dünyanın 110 dövlətindən 2300 nümayəndənin, o cümlədən 90-dan çox ədliyyə nazirinin və baş prokurorun, eləcə də görkəmli hüquqşünasların və ictimai-siyasi xadimlərin iştirak etdiyi bu mötəbər forumun açılışında Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler Kris Kreylinq və Ali Məhkəmənin sədri Lord Tomas, ABŞ-ın Baş prokuroru Erik Holder, Qazaxıstanın Baş naziri Karim Massimov çıxış ediblər.
Tədbirin açılışından sonra sammitdə iştirak edən ədliyyə nazirlərinin və baş prokurorların Bukingem sarayında Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Elizabet tərəfindən qəbulu keçirilib. Qəbulda Azərbaycanın ədliyyə naziri F.Məmmədov da iştirak edib.
Tədbirlərdə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.