haberL haberR

Ədliyyə nazirinə sözü olanların nəzərinə

Kateqoriya: Ölkə Yayımlama tarixi: 19.01.2015 13:11:55

Ədliyyə naziri Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

 Ədliyyə Nazirliyindən  islamazeri.az-a verilən məlumata görə, nazir yanvarın 22-də Kürdəmir rayonunda vətəndaşlarla görüşəcək. 

Qəbulda Kürdəmir, Ucar, Zərdab və Ağsu rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti) keçiriləcək.

Bildirilir ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.