haberL haberR

Ədliyyə nazirinə sözü olanların nəzərinə

Kateqoriya: Ölkə Yayımlama tarixi: 26.12.2014 16:45:47

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 30-da Balakən rayonunda vətəndaşların qəbulu keçiriləcək

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Balakən Rayon Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 42) keçiriləcək. Qəbulda Balakən, Qax və Zaqatala rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Balakən Rayon Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.