haberL haberR

ƏƏSMN protez-ortopedik bərpa xidməti təşkil edib

Kateqoriya: Sosial Yayımlama tarixi: 17.03.2015 15:48:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar protez-ortopedik bərpa xidməti bu günlərdə ölkəmizin şimal rayonlarında davam etdirilib

Nazirlikdən islamazeri.az-a verilən məlumata görə, belə ki, ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti göstərib. Həmin rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan 120 nəfər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin olunublar. Bununla da onların bu xidmətlərdən ötrü xərc və zəhmət çəkərək Bakıya gəlmələrinə artıq ehtiyac qalmayıb.

2013-cü ilin sonlarında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqada ötən müddətdə ölkənin müxtəlif rayonları üzrə 1846 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.