haberL haberR

Əfqan hərbçilər ölkənin şərqində 30-dan çox İŞİD-çini məhv etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.07.2016 15:58:50

Hərbi əməliyyat həm "Taliban", həm də İŞİD terrorçularının aktiv şəkildə fəaliyyət göstərdiyi Nanqərhar əyalətində keçirilir.

İslamazeri.az-ın "Khaama Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan təhlükəsizlik qüvvələri ölkənin şərqində keçirdikləri əməliyyat zamanı İŞİD terror təşkilatının azı 36 yaraqlısını məhv edib.

Hərbi əməliyyat həm "Taliban", həm də İŞİD terrorçularının aktiv şəkildə fəaliyyət göstərdiyi Nanqərhar əyalətində keçirilir.
Əfqasnıtadakı NATO qoşunları və ABŞ kontinqentinin komandanı, amerikalı general Con Nikolson cümə axşamı günü bildirib ki, Əfqanıstanda özünü İŞİD-dən hesab edən yaraqlıların sayı, yanvar ayından ABŞ silahlı qüvvələrinin kontrterror əməliyyatının başlamasından bəri iki dəfə: 1,5-1 min nəfərədək azalıb. O, həmçinin qeyd edib ki, bu terrorçuların böyük əksəriyyəti əvvəllər “Taliban”-ı təmsil edirdilər.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.