haberL haberR

Əfqan hərbçilər sutka ərzində 100-ə qədər terrorçunu məhv edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.08.2016 15:55:21

Terrorçular ən böyük itkini ötən həftə ölkənin şərqində "Taliban" terror təşkilatı tərəfindən tutulmuş Cani Khel rayonunda veriblər.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan Müdafiə Nazirliyinin saytında dərc edilmiş xəbərdə deyilir ki, əfqan güc strukturu əməkdaşları ölkənin müxtəlif əyalətlərində keçirdiyi əməliyyatlar zamanı sutka ərzində azı 97 terrorçunu məhv edib.

Terrorçular ən böyük itkini ötən həftə ölkənin şərqində "Taliban" terror təşkilatı tərəfindən tutulmuş Cani Khel rayonunda veriblər. Orada son əməliyyatlar zamanı azı 57 terrorçunu məhv etmək mümkün olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.