haberL haberR

Əfqan hərbçilər sutka ərzində 140-dan çox terrorçunu məhv edib

Kateqoriya: Dünya Yayımlama tarixi: 17.05.2016 14:29:57

Əfqan hərbçiləri isə 11 nəfər itki verib.

İslamAzeri.az "Ria Novosti"yə  istinadən xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyindən bildiriblər ki, ölkənin təhlükəsizlik qüvvələri sutka ərzində keçirilən hərbi əməliyyatlar zamanı 140-dan çox terrorçunu məhv edib. Əmliyyatlar ölkənin bir sıra əyalətlərində keçirilib.

Terrorçuların ən çox itkini Əfqanıstanın şimal-qərbində yerləşən Baqlan əyalətində verdiyi bildirlir. Adıçəkilən əyalətdə aviasiya və artilleriyanın dəstəyi ilə azı 61 silahlı məhv edilib. Ölkənin müxtəlif əyalətlərində keçirilən əməliyyatlarda ümumilikdə 60 nəfərə yaxın terrorçu yaralanıb. Müdafiə Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, məhv edilən terrorçular arasında “Taliban” terror hərəkatının bir neçə komandiri də var.

Əfqan hərbçiləri isə 11 nəfər itki verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.