haberL haberR

Əfqanıstan prezidenti: amerikalı jurnalistin qatili "Talibandır"

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.06.2016 17:57:04

Əfqanıstan prezidenti Əşrəf Qəni amerikalı jurnalist Devid Cilkinin öldürülməsi məsuliyyətini “Taliban” terror təşkilatının üzərinə qoyub

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə görə, ABŞ Milli ictimai radiosunun əməkdaşı ötən gün (bazar günü) Əfqanıstanın Hilmənd əyalətində qumbaraatandan açılan atəş nəticəsində həyatını itirib. Onunla birgə onun tərcüməçisi Zəbihullah Təmənna da öldürülüb.

“Taliban” hədəf kimi təsadüfi jurnalistləri seçərək, heç bir günahı olmayan mülki şəxslərə qarşı öz artmış qəddarlığını nümayiş etdirir.” – Əfqanıstan prezidenti bildirib.

Cilki ilə eyni avtomobildə reportyor Tom Boumen və prodüsser Monika Yevstavyeva da olublar. Onlar atəş zamanı xəsarət almayıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.