haberL haberR

Əfqanıstan prezidenti qisas alacağına and içib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.07.2016 21:06:12

Əfqanıstan prezidenti terrorçulardan qisas alacağına and içib

İslamazeri.az-ın NTV-yə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda iri terror aktı qurbanlarına həsr edilmiş matəm tədbirləri keçirilib. Tədbirlərin birində ölkə prezidenti Əşrəf Qəni insanların ölümünə görə qisas alacağına and içib.

Xatırladaq ki, iyul ayının 23-ü şiə xəzərilərin etiraz ekasiyası zamanı kütlə arasında kamikadze özünü partladıb. Terror aktı nəticəsindən 80 nəfər həyatını itirib, 230-dan çox insan isə yaralanıb. Hadisənin məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

“Taliban” hərəkatı isə, məlum terror aktını pisləyərək, hadisədə əlinin olmadığını bildirib.

BMT-in Əfqanıstanda olan missiyası hücumu hərbi cinayət adlandırıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.