haberL haberR

Əfqanıstan “Taliban”la barışığa cəhd edir

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 16.06.2016 18:45:31

Əfqanıstan “Taliban"la barışıq cəhdlərini davam etdirəcək

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan Xarici İşlər nazirinin müavini Hekmət Kərzay bildirib ki, Əfqanıstan “Taliban” hərəkatı ilə olan barışıq prosesindəki cəhdlərin davam etdirilməsinə tərəfdar olduğunuı təsdiq edir.

Kərzay bildirib ki, ölkəsi “Taliban” kimi əfqan olan (əfqanlardan ibarət olan) qruplaşmalarla əlaqə qurmaq fikrindədir .

"Onlar üçün sülh qapıları açıqdır və həmçinin də onları dördtərəfli qrup – ABŞ, Çin, Pakistan, Rusiya – yolu ilə də sülhə dəvət etməyə davam edəcəyik.”, - deyə Kərzay qeyd edib.

Nazir müavini əlavə edib ki, onları bir məqsədi var, o da “Taliban"ın danışıqlar masası arxasında oturmasıdır və onların barışıq prosesindəki səyləri davam etdiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.