haberL haberR

Əfqanıstanda daşqın: 17 nəfər həyatını itirib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 19.07.2016 11:56:33

Daşqın nəticəsində həmçinin bir neçə bina, bir neçə kənd təsərrüfatı yeri də zərər görüb.

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, ötən gün axşam saatlarında Əfqanıstanın şərqində yerləşən əyalətində güclü yağışlar səbəbi ilə baş vermiş ani daşqında azı 17 nəfər dünyasını dəyişib.

“Bazar ertəsi günü güclü yağışlar və ani daşqın Sabari və yaxında yerləşən ərazilərdə 17 nəfərin ölməsinə səbəb olub, ölənlərin 6-sı qadın, 8-i uşaqdır.” – Host əyalət təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə idarənin başçısı Şadəm Həlal bildirib.

Daşqın nəticəsində həmçinin bir neçə bina, bir neçə kənd təsərrüfatı yeri də zərər görüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.