haberL haberR

Əfqanıstanda dinc əhali arasındaki qurbanların sayı rekord həddə çatıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.07.2016 12:21:38

Həyatını itirmiş və xəsarət almış Əfqanıstan sakinlərinin sayı 2016-cı ilin ilk yarısında rekord həddə çatıb.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə görə,  bu barədə BMT-nin Əfqanıstana yardım üzrə Missiyasının yayılmış məruzəsində deyilib.

“Cari ilin yanvar ayından iyun ayına qədər BMT 1601 dinc sakinin həlak olmasını, 3565 insanın isə xəsarət almasını qeydə alıb. Əfqanıstanın həyatını itirilmiş və xəsarət almış dinc sakinlərinin sayı, 2015-ci ilin ilk yarısı ilə müqayisədə 4% artıb.” – BMT missiyası bildirib. Təşkilatda qeyd ediblər ki, ölənlər və yaralananların arasında 1509 uşaq var.

Ölmüş və xəsarət almış Əfqanıstan sakinlərinin sayı 2016-cı ilin ilk yarısında 4 faiz artaraq, 2015-ci ilin həmən dövrü ilə müqayisədə rekord həddə çatıb, BMT-in Əfqanıstana yardım üzrə missiyasının yayılmış məruzəsində deyilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.