haberL haberR

Əfqanıstanda iki pakistanlı kamikdadze həbs edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.09.2016 16:34:45

Onların hər ikisi Pakistanın Pişəvər şəhərindəndir.

İslamazeri.az-ın "Khamaa Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan Milli Təhlükəsizlik Direktoratından (ƏMD) bildiriblər ki, Əfqanıstanın Cəlalabad şəhərində terror aktı hazırlamaqda şübhəli bilinən iki pakistanlı terrorçu-kamikadze ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları iki gənci Əfqanıstan-Pakistan sərhədində yerləşən Torham nəzarət-keçid məntəqəsindən keçən zaman tutublar. Bildirilir ki, onların hər ikisi Pakistanın Pişəvər şəhərindəndir. Onlar Pişəvər şəhərinin ətrafında terrorçuların düşərgələrinin birində təlim keçiblər.

Qeyd edilir ki, rəsmi Kabul Pakistan hökumətini öz ərazisindən radikal "Taliban" hərəkatı və digər terror təşkilatlarının silahlılarına Əfqanıstandakı terrorçuların hücumlarını koordinasiya etməyə imkan verdiyinə görə tənqid edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.