Əfqanıstanda polis maşını minaya düşüb: ölənlər var

İslamazeri.az-ın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın Qunduz əyalətində polis avtomobili yola quraşdırılmış minanın üzərində partlayıb, nəticədə 4 polis əməkdaşı həyatını itirib, daha 3-ü isə yaralanıb.
Yerli hakimiyyət təmsilçisi Qüdrətullah Safi bildirib ki, hadisə bazar ertəsi günü baş verib.
“ “Taliban” terrorçuları tərəfindən Xanabad rayonundakı yolda quraşdırılmış mina təxminən günorta radələrində yaxınlıqdan polis maşını keçərkən işə düşüb, 4 polis hadisə yerindəcə həyatını itirib, daha 3-ü isə yaralanıb.”, - deyə Safi bildirib.
Məmur əlavə edib ki, həmçinin rayon polis idarəsinin başçısı Molla Əbdül Zahir də partlayış zamanı maşında olub, lakin o xəsarət almayıb.
Daha əvvəl bildirilirdi ki, əfqan qoşunları terrorçuların müvəqqəti tutduğu Qunduz əyalətinin Xanabad rayonunu geri alıblar (qaytarıblar).
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.