haberL haberR

Əfqanıstanda sutka ərzində 40-dan çox terrorçu məhv edilib

Kateqoriya: Dünya Yayımlama tarixi: 21.12.2015 14:02:00

Əməliyyatlar davam edir

İslamazeri.az-ın “ria.ru”-ya istindən verdiyi xəbərə görə, Əfqanıstan Müdafiə Naziriliyi bəyan edib ki, son sutka ərzində təhlükəsizlik qüvvələri ölkənin müxtəlif vilayətlərində 40-dan artıq terrorçu məhv edilib.  Əfqanıstan Müdafiə Nazirliyinin digər məlumatında deyilir, ordu və təhlükəsizlik qüvvələri ölkənin Kunar, Qəzni, Zəbul, Bədəxşan, Kunduz, Fəriyab və Fərəh vilayətində keçirdiyi əməliyyatlar nəticəsində 43 terrorçunu məhv edib, bir neçə terrorçu yaralanıb, 9 terrorçunu isə sağ olaraq ələ keçiriblər. Bundan əlavə anti-terror əməliyyatları zamanı küllü miqdarda silah-sursat aşkarlanaraq müsadirə edilib və yollara döşənən 12 mina zərərsizləşdirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.