haberL haberR

Əfqanıstanda sutka ərzində azı 75 terrorçu məhv edildi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.08.2016 10:13:59

Əfqanıstanda anti-terror əməliyyatları çərçivəsində 75 terrorçu məhv edilib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan müdafiə nazirliyinin saytında paylaşılmış xəbərdə deyilir ki, əfqan hərbçilər ölkənin bir sıra əyalətlərində keçirilən hərbi əməliyyatlar zamanı, sutka ərzində azı 75 terrorçunu məhv edib.

Ölkə müdafiə nazirliyi bildirir ki, terrorçular ən çox itkini ölkənin şərqində yerləşən Nanqərhar əyalətində veriblər – 23 yaraqlı məhv edilib. Qeyd edilir ki, məhv edilmiş yaraqlıların bir hissəsi “Taliban” terror qruplaşmasının üzvləri idilər.

Əfqan hərbçilər isə öz növbəsində 11 nəfərini itirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.