haberL haberR

Əfqanıstanda sutka ərzində təxminən 80 "Taliban" terrorçusu öldürülüb

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.05.2016 15:19:16

Əfqanıstanda "Taliban"a qarşı anti-terror əməliyyatı başladılıb

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan müdafiə nazirliyi bildirib ki, ölkə güc strukturları sutka ərzində keçirilmiş bir neçə əməliyyatda "Taliban" terror hərəkatının 79 yaraqlısını məhv edib.

“Əfqanıstan ordusu, polisi və kəşfiyyat xidmətinin əməkdaşları ötən 24 saat ərzində terrorçuların təmizlənməsi üzrə bir neçə birləşdirilmiş əməliyyat keçiriblər.”?  –deyə müdafiə nazirliyindən bildiriblər.

Əfqan hərbçilərin məlumatlarına əsasən, 79 yaraqlı məhv edilib, 36-sı yaralanıb və 6-sı saxlanılıb.  Sutka ərzində həmçinin müxtəlif insidentlərdə 9 hərbçi həyatını itirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.