haberL haberR

Əfqanıstandakı Türkiyə qoşunlarının komandanı çevrilişə cəhdlə əlaqədar saxlanılıb

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 26.07.2016 18:03:55

Hər 2 general Dubayda saxlanılıb

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanda qulluq etmiş Türkiyə HHQ-sinin iki generalı, həmçinin Əfqanıstanda NATO kontingentinin tərkibindəki Türkiyə qoşunlarına komandanlıq edən Cahit Bakır da Türkiyədəki çevrilişə cəhd araşdırması ilə bağlı olaraq Dubayda saxlanılıblar.

Qeyd edilir ki, həmçinin Əfqanıstandaki Türkiyə kontingentinin tərkibində hərbçilərin təliminə və tibbi yardıma cavabdeh olmuş briqada generalı Şener Topuç da saxlanılıb. Dubayda təqibdən gizlənməyə cəhd etmiş iki general artıq Türkiyəyə göndəriliblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.