haberL haberR

Əfqanıstanın Lohar əyalətində partlayış: ölənlər var

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.09.2016 10:48:06

Partlayışdan sonra "Taliban" hərəkatının terrorçuları inzibati binaya hücuma cəhd ediblər.

İslamazeri.az-ın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu gün Əfqanıstanın şərqində yerləşən Lohar əyalətindəki yerli administrasiya binasının qarşısında partlayış baş verib. Hadisə nəticəsində azı 2 nəfər həyatını itirib.

Yerli administrasiyanın mətbuat katibi Səlim Səlhe bildirib ki, partlayıcı qurğu avtomobildə gizlədilmişdi. Partlayışdan sonra "Taliban" hərəkatının terrorçuları Çarx rayonunun administrasiya binasına hücum etməyə cəhd ediblər. Polis əməkdaşları onlarla ilə döyüşə girib.

Qeyd edək ki, Çarx rayonu ölkənin paytaxtı Kabul şəhərindən 60 kilometr şərqdə yerləşir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.