haberL haberR

Əfqanıstanın şərqində 150 “Taliban” terrorçusu öldürüldü

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.12.2014 18:58:50

İri miqyaslı anti-terror əməliyyatları nəticəsində 150 “Taliban” terrorçusu öldürülüb

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi məlumata  görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Əbdül Xəlil Səidxil bəyan edib ki, Kunar  vilayətində “Taliban” terrorçularına qarşı iri miqyaslı anti-terror əməliyyatları keçirilib. Əməliyyatlar nəticəsində Əfqanıstanın şərqində 150-dən artıq “Taliban” terrorçusu öldürülüb 100- dən artıq terrorçusu isə yaralanıb.

Kunar vilayətinin Daxili İşlər Nazirliyinin rəsmisi bildirib ki, terrorçuların sağ qalanları Pakistan ərazisinə qaçaraq ən azı 17 “Taliban” terrorçusunun cəsədini özləri ilə aparıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.