haberL haberR

"Taliban" Əfqanıstanın şərqində rayonlardan birini ələ keçirib

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.08.2016 11:31:49

"Taliblərin hücumu uğurla başa çatıb, çünki mərkəzi hakimiyyət və əyalətin rəhbərliyi rayona vaxtında əlavə qüvvələr göndərməyiblər."

İslamazeri.az-ın "Tolo" telekanalına istinadən verdiyi xəbərə əsasən, yerli hakimiyyətdən bildiriblər ki, “Taliban” terror təşkilatının təxminən 1200 yaraqlısı cümə günü axşam saatlarında Pakistanla sərhəddə yerləşən qəzalardan (rayonlardan) birinə hücuma keçib, oranı tutublar.

Paktika əyalətinin Cani Khel rayonunda terrorçular ilə toqquşmalarda 30 əfqan güc strukturu əməkdaşı həyatını itirib. Dairə administrasiyası başçısı Əbdül Rəhman Solamalanın sözlərinə görə, taliblərin hücumu uğurla başa çatıb, çünki mərkəzi hakimiyyət və əyalətin rəhbərliyi rayona vaxtında əlavə qüvvələr göndərməyiblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.