haberL haberR

Əfqanıtanın Məzari-Şərif şəhərində kamikadze özünü partladıb: Ölən və yaralananlar var

Kateqoriya: Dünya Yayımlama tarixi: 09.08.2016 16:45:04

Regionda fəaliyyət göstərən radikal qruplaşmalardan heç biri hələ hücumun məsuliyyətini öz üzərinə götürməyib.

İslamazeri.az-ın “Tolo News” telekanalına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın Bəlx əyalətində yerləşən Məzari-Şərif şəhərindəki bazarda terrorçu-kamikadze özünü partladıb. Partlayış nəticəsində 1 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb.

Xəsarət alanlar arasında uşaq və 3 qadın da var.

Regionda fəaliyyət göstərən radikal qruplaşmalardan heç biri hələ hücumun məsuliyyətini öz üzərinə götürməyib.

Qeyd edək ki, Məzari-Şərif ölkənin şimalında, Bəlx əyalətində yerləşir. Ölkənin böyüklüyünə görə 4-cü şəhəridir. Əfqan şəhərlərinin ən gözəllərindən hesab olunur. Əfqanlara görə İmam Əlinin məzarı məhz bu şəhərdəki məsciddədir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.