haberL haberR

Əfv fərmanı ilə azadlığa çıxan digər hicab məhbusu: Zindandakı ruhanilərimizlə qəlbən və ruhən bir yerdəyik

Kateqoriya: İslam Yayımlama tarixi: 31.12.2014 18:32:38

Xəbər verdiyimiz kimi, əfv fərmanı ilə azad edilənlər arasında 3 hicab məhbusu da var

Onlar Quluyev Muraday Mürsəl oğlu (5 il), Qəhrəmanov Nahid Nəsib oğlu (4 il), Quliyev Ceyhun (5 il) Qaryağdı oğludur.

Bu islamçı məhbuslar 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq” tələbi ilə keçirilən aksiyada iştirakına görə tutulmuşdular.

İslamazeri.az-danışan Ceyhun Quliyev deyib: "İmam Hüseynin (ə) yolunu gedənlər və getməyə çalışanların şüarı budur ki, zillətlə yaşamaqdansa izzətlə şəhid olmaq şərəfdir. "Dövrün alimlərinə itaət edin" buyurulur, bizdə məhbus ruhanilərimizdə, alimlərimizdə zülmün üzərinə gedərək haqqı car çəkmək gördük və görməkdəyik. Yolumuz da, fikirimiz də, amalımız da, təfəkkürümüz də məhbus ruhanilərimizlə eynidir və şüarımız  - İmam Hüseynin dediyi "Bizim kimilər yezid kimilərə beyət etməz" şüarıdır".

Həbsdəki ruhanilərin də tezliklə azad edilməsini arzulayan keçmiş hicab məhbusu sözlərinə belə davam edib: "Allah zindandakı ruhanilər və dindarlarımızın - haqq carçılarının  izzətini artırsın. İnşəAllah qəlbən və ruhən onlarla bir yerdəyik".

Sözlərinin sonunda məhbus islamçılara dəstək verən dindarlara təşəkkür edən Ceyhun Quliyev deyib: "İçəridə olarkən bizlərə möminlər maddi və mənəvi dəstəklər veriblər. Onlara təşəkkür edirəm, Allah əcirlərini, mükafatlarını versin!"

(Nahid Nəsibovun müsahibəsi)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.