haberL haberR

Əhalidən pul yığan “FHN-çi” həbs olunub - Video

Kateqoriya: Ölkə Yayımlama tarixi: 15.03.2016 10:25:43

2012-ci ildə baş verən zəlzələdə zərər görən evlərin tikilməsi üçün sakinlərdən külli miqdarda pul aldığı göstərilib.

Ötən ilin dekabr ayında bir qrup Zaqatala sakini Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasında anadan olan, hazırda Bakıda yaşayan, 50 yaşlı Toğrul Adıgözəlov tərəfindən aldadıldıqlarını bildiriblər.

İslamazeri.az Kəpəz TV-yə istinadən xəbər verir ki, müraciətdə həmin şəxsin özünü FHN-in əməkdaşı kimi təqdim etdiyi, 2012-ci ildə baş verən zəlzələdə zərər görən evlərin tikilməsi üçün sakinlərdən külli miqdarda pul aldığı göstərilib.

Keçirilən əməliyyat nəticəsində Toğrul Adıgözəlov saxlanılıb. Onun Qaxda 22, Zaqatalada isə 17 nəfərin hər birindən 1500-8000 manat arası pul aldığı müəyyənləşib. Həmin şəxsin əməllərindən zərər çəkən digər şəxslərin də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.