haberL haberR

Əhəd Abıyev üzvlükdən çıxarıldı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.04.2015 16:10:05

Milli Məclisin Toponimiya komissiyasının tərkibinə dəyişiklik edilir

İslamazeri.az xəbər verir ki, Milli Məclisdən trend-ə verilən məlumata görə, bu barədə məsələ aprelin 14-də keçiriləcək növbəti plenar iclasın gündəliyinə daxil edilib.

Milli Məclisin qərarına əsasən, Budaq Budaqov və Həsən Mirzəyev vəfatları ilə əlaqədar Toponimiya komissiyasının tərkibindən çıxmış hesab ediliblər.

Bundan əlavə, Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər.

Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər.

Milli Məclisin bu qərarı aprelin 14-də plenar iclasda səsə qoyulacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.