haberL haberR

Əhməd Xatəmi: "Hakimiyyət zülm ilə davam etməz, şəhidlərin qanı..."

Kateqoriya: İslam Yayımlama tarixi: 19.12.2015 15:10:38

Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi olub.

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Ayətullah Xatəmi Nigeriyada baş verən son hadisələrə toxunaraq deyib: “Bu cinayət göründüyündən daha ciddidir. Məlumatlar dəqiq deyil, lakin bunu deyə bilərəm ki, yüzlərlə şiənin qanı axıdılıb. Nigeriya hakimiyyətinin bu barədə olan sözlərinə inanmaq sadəlöhvlükdür. Onlar deyirlər ki, həyatını itirmiş şəxslər guya ordunun önünü almağa çalışıblar. Onlar yüzlərlə insanı öldürərək cənazələrini ailələrinə vermədən basdırıblar. Bu bir sionist cinayəti idi. Hakimiyyət bilsin ki, bu addımla İŞİD, "Boko Haram" və sionist rejiminin dəyirmanına su töküb. Hakimiyyət küfr ilə davam edər, amma zülm ilə etməz. Şəhidlərin qanı sizi damla-damla fəlakətə yaxınlaşdırır. Bu cinayətlərdən əl çəkin. Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzakinin ötən il 3 oğlunu şəhid etdilər. Son hadisədə də qalan son oğlu şəhid edildi, özü və yoldaşı isə yaralandı. Bu cinayəti törədənlərin aqibəti sionist rejiminin aqibəti ilə eyni olacaqdır.”

İmamcümə ölkədə keçiriləcək “Xobreqan” seçkilərinə toxunaraq xalqa müraciət edib: “Laiqli şəxslər seçməyin yollarından biri budur ki, biz onu dəstəkləyənlərin kim olduğuna diqqət edək. Bu yolla biz kimin hansı xətdə olduğunu anlaya bilərik.”

Ayətullah Xatəmi İranın nüvə müzakirələri prosesinə də toxunub: “Mən öncəliklə cənab prezident və müzakirə heyətinə öz minnətdarlığımı bildirirəm. Yokio Amanonun son sözlərinin heç bir əsası yoxdur. O deyir ki, “İran 2003-2009 illər arasında nüvə silahı hazırlamaq üçün hərəkətə keçmişdir”. Bu söz kökündən yalan və əsassızdır. Bu sahədə olan uğurlarmız rəhbərimizin tövsiyyələri və millətimizin dəstəyi nəticəsində olmuşdur. Bu uğuru kimlərsə özünküləşdirərək seçkilərdə istifadə etməsin.”

O bölgədə ABŞ-a nökərlik edən ölkələrdən də danışıb: “Belə görünür ki, Türkiyə ciddi surətdə ABŞ-ın çürümüş ipindən yapışıb. Rus təyyarəsinin vurulma, İraqa hərbi təcavüz etmə sifarişləri Amerikadan gəlmişdi. Qonşu dövlətlərimizə deyirik: Səddamdan dərs alın. ABŞ sizdən vasitə olaraq istifadə edir. İstifadə müddətiniz bitdiyində cib dəsmalı kimi sizi atacaqdır. ABŞ öz nökərləri ilə bu cür davranır. Biz sizin bu günə düşməyinizi istəmirik. Son günlərdə siyasi bir komediyanın da şahidi olduq. Bütün təkfirçi qrupların anası olan Səudiyyə Ərbistanı İŞİD-ə qarşı koalisiya təşkil etdi. Ərəbistan İŞİD-in anasıdır. Dünyanın hər bir yerində olan teror qruplaşmalarının anası Ərəbistandır. Siz hara, İŞİD əleyhinə koalisiya təşkil etmək hara?!”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.