haberL haberR

“Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası bu dəfə Biləcəridə - Foto

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.03.2016 19:16:03

İlk dəfə İranda təşkil edilən “Mehribançılıq divarı” və ya “Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası dünyada surətlə yayılmaqdadır

İslamazeri.az-ın verdiyi xəbərə görə, Azərbaycanın bir neçə bölgəsində baş tutmuş aksiya, Biləcəridə də təşkil edilib.

Burada da. başqa ölkələrdəki ənənə qorunub. 

Ehtiyacı olan şəxs buradan seçdiyi paltarı və ya ayaqqabını götürə bilər. Ehtiyacı olmayan və ehsan etmək istəyən sakinlər isə, bu xeyirxah aksiyada iştirak edirlər.

Aztəminatlı vətəndaşlarımızın geyim ehtiyaclarını təmin etmək məqəsədi güdən bu xeyriyyə layihəsi 16 mart 2016-cı il tarixindən etibarən fəaliyyətə başlayıb.

Aksiyada iştirak etmək istəyənlər, yəni  geyim hədiyyə etmək istəyənlər Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi 12 ünvanına gedə bilərlər. Əlaqə nömrələri isə bunlardır:  (012) 499-09-89, (055) 721-10-98.

Layihəni başladanların xahişi isə budur ki, layihəyə dəstək olmaq və geyim hədiyyə etmək istəyənlər geyim və ayaqqabı gətirərkən onların səliqəli və təmiz olmalarına diqqət etsinlər.

İrandakı aksiya ətraflı

Çin və Pakistandakı aksiya ətraflı

İraqdakı aksiya ətraflı

Türkiyədəki aksiya ətraflı

“Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası bu dəfə Biləcəridə - Foto

/haberimaj/habergaleri/8U5F7P8R7C4G.JPG
  1. “Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası bu dəfə Biləcəridə - Foto

  2. “Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası bu dəfə Biləcəridə - Foto

  3. “Ehtiyacın varsa götür, yoxdursa gətir” aksiyası bu dəfə Biləcəridə - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.