haberL haberR

Ekologiya Nazirliyi yoxlama apardı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 20.05.2015 12:53:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb

Nazirliyin mətbuat xidmətindən islamazeri.az-a verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 138 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 71 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 28 iş üzrə 52450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 526.63 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 208 iş üzrə 30558.19 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qurumlarına isə 4 iş göndərilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.