haberL haberR

Ekspert: "Yəmənə hücum neftin bahalaşmasına səbəb ola bilər"

Kateqoriya: Münasibət Yayımlama tarixi: 30.03.2015 18:13:21

"Yəməndə baş verən hadisələr 2011-ci ildə baş verən və siyasi hakimiyyətin dəyişilməsi ilə nəticələnən “Ərəb baharı” dalğasının sədasıdır"

Qazaxıstanlı ekspert, siyasi elmlər namizədi Zəhra Əzizova islamazeri.az-a Yəmən məsələsi barədə münasibət bildirib.

"Bu gün Yəməndə baş verən hadisələr 2011-ci ildə baş verən və siyasi hakimiyyətin dəyişilməsi ilə nəticələnən “Ərəb baharı” dalğasının sədasıdır".

Zəhra Əzizovanın fikrincə Yəməndə baş verən böhranın səbəblərindən biri də Yəmənin coğrafi baxımdan Yaxın Şərqdə əlverişli ərazidə yerləşməsidir.

“Yəməndə baş verən qaynar hadisələrin əsas amili şübhəsiz ki, bu dövlətin əlverişli geosiyasi mövqeyi ilə bağlıdır. Daha dəqiq desək, Babulməndəb boğazıdır. Babulməndəb boğazı ərəb ölkələri neftinin  Avropa, Asiya və Avstraliyaya daşınması üçün əsas arteriyadır. Bu baxımdan Səudiyyə Ərəbistanının mövqeyi Babulməndəb boğazı ərazisində döyüş əməliyyatlarının genişləndirməsi birmənalı sayıla bilməz".

Qazaxıstanlı eskpert hərbi əməliyyatların davam etməsi təqdirində neftin dünya bazarında qiymətinin artmasına səbəb olacağını bildirib.

"Hərbi əməliyyatlar neft nəqlinin qarşısını ala bilər və bu da neftin dünya bazarında qiymətinin artmasına səbəbə ola bilər. Bu da, nə Səudiyyə Ərəbstanına, nə də müttəfiqi olan ABŞ-a sərf edir",- deyə Zəhra Əzizova fikrini bitirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.