haberL haberR

Əl-Ənbarı ABŞ tərəfindən bölünmə təhlükəsi gözləyir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.09.2015 12:33:00 2327 dəfə oxunub.

İraqın əl-Ənbar vilayəti Amerika tərəfindən bölünmə təhlükəsi altındadır

İslamazeri.az-ın "Sumiriyyanews"-a istinadən verdiyi xəbərə görə, bu sözləri əl-Ənbar vilayətində İŞİD-lə döyüşən mübariz qəbilələrin mətbuat katibi Məhəmməd Hərat bildirib.

O, ABŞ-ı İŞİD-lə döyüşməməkdə ittiham edərək belə deyib: "Amerikalılar əl-Ənbarın azad olunmasında maraqlı deyillər. Biz özümüz də onların bu şəhəri azad etməsini özümüzə ar bilirik. Hamının bildiyi kimi, bu şəhərin çökdürülməsi üçün ciddi planlar cızılıb. Bu şəhər ABŞ-ın əli ilə azad edilərsə şübhəsiz bölünəcək. Şəhərdə döyüşən qəbilələr buna heç vaxt icazə verməyəcəklər."
Məhəmməd Hərat əl-Ənbar şəhərinin terrorçulardan təmizlənməsinin gecikməsi barədə isə belə deyib: "Bu şəhərin azad olunmasının qarşısını alan bəzi səbəblər aradan gedərsə, şəhər azad ediləcəkdir. Digər tərəfdən, bizim silah-sursat qıtlığımız var."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.