haberL haberR

"Əl Əqsa" məscidinə cümə namazı qılmaq üçün 50 min fələstinli gəlib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.05.2016 16:51:56

İsrail tərəfi hər cümə olduğu kimi namaza gəlmək istəyənlərin qarşısını almağa cəhd edib

İslamazeri.az “Fələstin informasiya mərkəzinə” istinadən xəbər verir ki, bu təzyiqlər və maneələrə baxmayaraq 50 mindən çox fələstinli, o cümlədən Qəzzanın 300 sakini, əl-Əqsa məscidində cümə namazı qılıblar.

"Qüds Press"in məlumatına əsasən, Qəzzanın 50 yaşdan yuxarı 300 sakini Qüdsün “Eres” nəzarət-keçid məntəqəsini keçərək gəliblər.

Cümə günü gün çıxandan bütün şəhər boyu sionist rejimin hərbçiləri yerləşdirilərək  ərəblər üçün müxtəlif məhdudiyyətlər tətbiq edilib.

İsrail hərbçiləri, Əl-Əqsa kompleksinin əl-Əmud qapısında fələstinliləri kobud şəkildə saxlayaraq onları üzərini yoxlayıblar.

Cümə xütbəsinin imamı şeyx Yusif Əbu Esninex, Fələstin torpaqlarını və orada olan müqəddəs yerləri qorumağa səsləyib. O, İsrailin “administrativ həbslərini” sərt şəkildə pisləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.